8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş əl işi və rəsm müsabiqəsi keçirildi.

UBTR Aynur Qənbərovanın təşkilatçılığı ilə şagirdlər arasında əl işi və rəsm müsabiqəsi keçirildi. Müsabiqə yaradıcılığın və estetik düşüncənin inkişafına töhfə verməklə yanaşı, qadınlara olan ehtiramı ifadə etmək məqsədi daşıyırdı. Şagirdlər müxtəlif texnikalarla hazırlanmış əl işləri və rəsm əsərləri təqdim edərək bayramın ruhunu əks etdirdilər.