Məktəbdə "Dostluq və həmrəylik" tədbiri təşkil olundu.

3C sinif şagirdləri ilə dostluq və həmrəylik mövzusunda maraqlı və maarifləndirici tədbir keçirildi. Tədbir məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı və sinif müəllimi Sabir Əliyevin iştirakı ilə baş tutdu. Tədbirin əsas məqsədi şagirdlərə dostluğun və birlikdə olmağın dəyərini aşılamaq, onların sosial bacarıqlarını inkişaf etdirmək idi. Şagirdlər dostluq haqqında şeirlər söylədilər, musiqilər, rəqslər ifa etdilər, maraqlı səhnəciklər təqdim etdilər və həmrəylik mövzusunda fikirlərini bölüşdülər. Sonda birlik və mehribanlığın gücü vurğulandı, şagirdlərə dostluğun dəyərini qorumağın vacibliyi aşılandı.
Bu tədbir şagirdlərin həm ünsiyyət bacarıqlarını inkişaf etdirir, həm də onlara dostluq bağlarını daha da möhkəmləndirmək üçün gözəl bir fürsət yaradır.