İngilis dili fənn aylığı çərçivəsində şeir müsabiqəsi təşkil edildi.

İngilis dili fənn aylığı çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq müəllimlər Həsənova İlhamə, İsgəndərova Ruhiyyə və Nuriyeva Sevda şagirdlər arasında şeir müsabiqəsi təşkil etdilər. Müsabiqənin məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və ədəbiyyata maraqlarını artırmaq idi.
Tədbir zamanı şagirdlər öz sevimli şeirlərini səsləndirərək nitq bacarıqlarını nümayiş etdirdilər. Münsiflər heyəti iştirakçıların ifa tərzinə, tələffüzünə və ifadəliliyinə əsasən qiymətləndirmə apardı. Qalib şagirdlər diplomla mükafatlandırıldı.
Bu cür tədbirlər şagirdlərin motivasiyasını artırmaqla yanaşı, onların ingilis dili biliklərini daha da möhkəmləndirməyə kömək edir.