Buraxılış imtahanı öncəsi məktəb rəhbərliyi tərəfindən motivasiya edici görüş təşkil olundu.

Məktəbimizdə 11-ci sinif şagirdlərinin buraxılış imtahanı öncəsi məktəb rəhbərliyi ilə görüşü keçirildi. Görüş zamanı məktəbin direktoru Nurqələm xanım Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Muradova şagirdlərə səmimi arzularını çatdırıb, onlara uğurlar dilədilər və gələcək həyatlarında inamlı addımlar atmaları üçün tövsiyələr verdilər.
Daha sonra məktəbimizin psixoloqu Gülşən Zeyniyeva imtahan öncəsi həyəcanı idarə etməyin yollarından danışdı. O, şagirdlərə streslə necə mübarizə aparmaq, özlərinə inamı qoruyub saxlamaq və imtahan zamanı soyuqqanlı olmaq üçün faydalı məsləhətlər verdi.
Görüş şagirdlər üçün həm motivasiya verici, həm də dəstək xarakterli oldu. İnanırıq ki, onlar buraxılış imtahanlarını uğurla verib, arzularına doğru inamla irəliləyəcəklər!
Uğurlar, əziz məzunlar!