İngilis dili fənn aylığı çərçivəsində 8-ci siniflər arasında bilik yarışı keçirildi.

Məktəbimizdə İngilis dili fənn aylığı münasibətilə maraqlı və bilik dolu tədbirlər təşkil olunur. Bu çərçivədə 8-ci sinif şagirdləri arasında bilik yarışı keçirildi. Yarış Kazımova Rəna və Səlimova Nelli müəllimlərin rəhbərliyi ilə təşkil olunmuşdu.

Şagirdlər müxtəlif kateqoriyalar üzrə suallara cavab verərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yarış zamanı qrammatika, söz ehtiyatı, dinləyib-anlama və danışıq bacarıqlarını əhatə edən tapşırıqlar təqdim olundu. Şagirdlər böyük həvəslə iştirak etdilər və yüksək nəticələr əldə etməyə çalışdılar.

Tədbirin əsas məqsədi şagirdlər arasında ingilis dilinə marağı artırmaq, onların ünsiyyət bacarıqlarını inkişaf etdirmək və biliklərini daha əyləncəli şəkildə möhkəmləndirmək idi. Sonda qalib komandalar müəyyənləşdirildi və diplomla təltif olundular.

Bu cür tədbirlər şagirdlərin motivasiyasını artırmaqla yanaşı, onların komanda şəklində işləmə və özlərini ifadə etmə bacarıqlarını da inkişaf etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi