İngilis dili fənn aylığı çərçivəsində maraqlı açıq dərs təşkil olundu.

İngilis dili fənn aylığı çərçivəsində maraqlı açıq dərs təşkil olundu. Məktəbin fəaliyyət planına uyğun olaraq keçirilən İngilis dili fənn aylığı çərçivəsində ingilis dili müəllimi Orucova Xeyransa tərəfindən maraqlı və interaktiv açıq dərs təşkil olundu. Dərs zamanı şagirdlər xüsusi proqram vasitəsilə ingilis dili hərflərini və səslərini öz yaş xüsusiyyətlərinə uyğun şəkildə öyrəndilər. Müəllim dərs prosesini daha maraqlı və əyləncəli etmək üçün mahnılar, oyunlar və digər interaktiv üsullardan istifadə etdi. Şagirdlərin aktiv iştirakı və həvəslə öyrənməsi dərsin uğurlu keçdiyini bir daha göstərdi. Bu kimi innovativ yanaşmalar onların dil bacarıqlarının daha sürətli və effektiv inkişafına kömək edir.