Şagirdlərin “Dendroloji park”a ekskursiyası

İyunun 16-da məktəbin ibtidai sinif müəllimi Səadət Qurbanovanın təşkilatçılığı ilə 3 “b” sinif şagirdlərinin Mərdəkan qəsəbəsində yerləşən AMEA Dendrologiya İnstitutunun tabeliyində olan “Dendroloji park”a ekskursiyası təşkil olunub. Ekskursiya zamanı institutun bələdçisi “Dendroloji park” haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, “Dendroloji park” 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. Bura dünyanın müxtəlif ölkələrindən bitki növləri gətirilib.

Ekskursiya zamanı şagirdlər nadir bitkilər haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin onları maraqlandıran bütün suallar bələdçi tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi