Qədim və müasir Azərbaycan bölgələri

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq məktəbdə mütəmadi olaraq tədbirlər, dəyirmi masalar, nümunəvi dərslər keçirilir.

Bu Fəaliyyət Planının 2.1.8 bəndinə uyğun olaraq mayın 22-də məktəbin 8 “a” sinfində coğrafiya fənnindən “Qədim və müasir Azərbaycan bölgələri” mövzusunda nümunəvi dərs keçirilib. Coğrafiya müəllimi Fəxrənsə Hacıyevanın rəhbərlik etdiyi dərsin məqsədi şagirdləri vətənimizin gözəl təbiəti, coğrafiyası, qoruqları, neft yataqları və digər zənginlikləri ilə tanış etmək, bu mövzularda olan biliklərini artırmaq olub.

Dərsdə Azərbaycanın  iqtisadi zonası olan Gəncə-Qazax bölgələri müzakirə edilib. Fəxrənsə Hacıyeva öncə həmin iqtisadi rayonu xəritədə göstərərək, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərlərini əhatə etdiyini bildirib.

Sonra şagirdlər  iqtisadi zonanın  neft yataqları, faydalı qazıntılarından bəhs edərək Daşkəsən dəmir filizi yatağından, Zəylik alunit, qızıl, mis, Xoşbulaq əhəng daşı ehtiyatlarından ətraflı danışıblar. Flora və faunası ilə də zəngin olan bu iqtisadi zonanın Göygöl qoruğu, Eldar şamı qoruğu haqqında da söhbətlər aparılıb.

Daha sonra müəllim Gəncə-Qazax iqtisadi rayonunun tarixi abidələrini, dini ibadətgahlarını sadalayaraq İmamzadə ziyarətgahının yerli vətəndaşlar tərəfindən tez-tez ziyarət edildiyini bildirib.

Azərbaycanın bu bölgələrinin xalçaları ilə də məşhur olduğunu vurğulayan müəllim, həmin xalça növləri haqqında şagirdləri məlumatlandırıb.

Dərsdə iştirak edən məktəbin direktoru Qiyas Quliyev və direktor müavini Sevil Abdurahmanova öz razılıqları bildiriblər və belə dərslərin mütəmadi olaraq keçirilməsini tələb ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi