“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri” mövzusunda mühazirə

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev  2019-cu il fevralın 7-də Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən təsdiq edilmiş Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmrinin icrasına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı tərtib olunub.

Mayın 14-də məktəbdə Tədbirlər Planına əsasən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması istiqamətində maarifləndirici mühazirə və təqdimat keçirilib. Məktəbin texnologiya müəllimi Pərvin Yusifova ilk olaraq mövzu haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Ən əsası bu plastik tullantıların yüz illər ərzində parçalanmaması və miqdarının isə ilbəil artmasıdır. Bildirib ki, plastik qablardan istifadə insan orqanizmi üçün təhlükə yaradır, bu tullantılar düzgün idarə olunmadığında isə ətraf mühiti çirkləndirir.

Daha sonra hazırladığı təqdimatda region ölkələrdə plastik tullantılarından istifadənin azadılmasına dair görülən tədbirlər, plastik və polietilen məhsullara dair maraqlı təcrübələr və Azərbaycanda plastik tullantıların səmərəli idarə olunması istiqamətində görülən işlər nümayiş olunub.

Sonda şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi