İlk dərs ulu öndərə həsr olunub

Bu gün ümummilli lider, çoxərslik Azərbyacan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu münasibət ilə məktəbin 3 “b” sinfində ilk dərs ulu öndərə həsr olunub. Sinif rəhbəri Səadət Qurbanova görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə şagirdlərə məlumat verib. Bildirib ki, Heydər Əliyev müstəqil və müasir Azərbaycan dövlətinin qurucusudur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olub, müsəqilliyimizin əbədi və dönməz olması təmin edilib.

Daha sonra şagirdlər ulu öndərə həsr olunmuş şeirlər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi