Qələbə Günü qeyd olunub

Məktəbdə 9 may - Faşizm Üzərində Qələbə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Elmura Sarıyevanın rəhbərliyi ilə 4 “b” sinif şagirdlərinin iştirakı ilə baş tutub. Məktəb rəhbərliyi, müəllim və şagird kollektivi tədbirdə tamaşaçı qismində iştirak  ediblər.

Böyük Vətən müharibəsində fəal iştirak edən azərbaycanlı qəhrəmanlarımıza həsr olunmuş videoçarxın nümayişi ilə başlanan tədbir şagirdlərin vətənpərvərliyi və qəhrəmanlığı özündə əks etdirən şeir ifaları ilə davam edib.

Sonra şagirdlər Süleyman Rüstəmin “Ana və poçtalyon” əsərini səhnədə canlandırıblar. Kiçik yaşlı şagirdlərin ana və poçtalyon obrazlarını təbii və gözəl canlandırması zal iştirakçılarının yüksək səsli alqışlarından bilinib.

Daha sonra əsgər geyimində olan oğlanlar Azərbaycan bayrağı ilə səhnəyə qalxaraq əsgər marşını səsləndiriblər.

Son olaraq şagirdlər “Bizim Cəbiş müəllim” filmində səslənən “Çağırsa ellər, gedərəm davaya” şeir parçasını ifa ediblər.

Sonda çıxış edən məktəb direktoru Qiyas Quliyev dünya ölkələrinin faşizm üzərində qələbəsi ilə nəticələnən Böyük Vətən müharibəsindən danışıb. O öz çıxışında İkinci Dünya müharibəsində azərbaycanlı oğullarımızın böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmələrini də qeyd edib.

Qiyas Quliyev bu tədbiri təşkil edənlərə və əziyyəti keçən hər kəs öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi