“Səfəvi-Osmanlı müharibələri” mövzusunda nümunəvi dərs keçirilib

Mayın 7-də məktəbin 7 “b” sinfində tarix fənnindən nümunəvi dərs keçirilib. Məktəbin tarix müəllimi Xalidə Muradovanın rəhbərliyi ilə keçirilən dərsin mövzusu “Səfəvi-Osmanlı müharibələri” olub. Dərsin dinlənilməsində məqsəd dərsin gedişi, qrup işinin təşkili qaydalarını və şagird-müəllim münasibətlərini yoxlamaq olub. Dərsdə iş vərəqələri, dərslik və əlavə materiallardan istifadə olunub.

Dərsin əvvəlində müəllim Səfəvi və Osmanlı dövlətləri haqqında qısaca məlumat verdikdən sonra Səvəfi-Osmanlı müharibələrinin səbəblərindən bəhs edib. Şagirdlər Çaldıran döyüşü haqqında və bu müharibələrin dövlətlərə mənfi təsirindən danışıblar. Lövhədə Səfəvi-Osmanlı müharibələrinə dair xronoloji cədvəl qurub, Sultan I Süleymanın yürüşləri və onun nəticələrinə dair şaxələnmə yaradıblar. Müəllimin verdiyi təqdiqat sualından sonra müzakirələr aparılıb və mövzu üzrə ümumi nəticə çıxarılıb.  

Dərsin sonunda fəal olan şagirdlər  müəllim tərəfindən müsbət qiymətləndirilib və mövzu ilə bağlı esse yazı işi tapşırılıb.

Nümunəvi dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova vaxtdan səmərəli istifadə edildiyini vurğulayıb, qrup işinin təşkil ediməsindən razılığını bildirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi