“İmadəddin Nəsimi - 650” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bununla əlaqədar olaraq məktəbdə silsilə tədbirlər həyat keçirilir.

Aprelin 26-da məktəbin akt zalında “İmadəddin Nəsimi - 650” adlı tədbir həyata keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Ulduzə Həsənovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan müəllim Nəsimi haqqında öz fikirlərini bildirib. Qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. Milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olan Nəsimi yaradıcılığının öyrənilməsi, təbliği, dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi bu gün hər bir təhsil müəssisəsinin qarşısında dayanan mühüm vəzifələrdəndir.

İlk olaraq “Nəsimi” filmindən fraqment nümayiş olunub. Daha sonra şagirdlər Nəsimin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər. Onun ifa olunan qəzəlləri tədbir iştirakçılarının zövqünü oxşayıb. Şagirdlərin rəqsləri, saz ifası və digər çıxışları da maraqla qarşılanıb.

4 “a” sinif şagirdləri “Nəsimi” filmindən Nəsiminin dərisinin soyulması səhnəsini canlandırıblar. Kiçik yaşlı şagirdlərin obrazlarını böyük ürəklə ifa etmələri yüksək qiymətləndirilib.

Tədbirin sonunda məktəbin direktoru Qiyas Quliyev çıxış edərək ölkəmizdə “Nəsimi ili”nin elan olunmasının təqdirəlayiq addım olduğunu qeyd edib və tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi