İbtidai sinifdə nümunəvi dərs keçirilib

Aprelin 22-də ibtidai sinif müəllimi Tünzalə Məmmədovanın rəhbərliyi ilə 1 “b” sinfində açıq dərs keçirilib.

“Pullarımız-manat” mövzusunda keçirilən dərsin məqsədi sinfin təşkilini, düzgün forma və üsulların seçilməsini yoxlamaq və şagirdləri milli pul vahidimiz haqqında məlumatlandırmaq olub. Dərsdə elektron lövhə, dərslik, iş vərəqələri və əyani vəsaitlərdən istifadə olunub.

Müəllim şagirdlərə Azərbaycan Respublikasının pul vahidləri haqqında məlumat verib və qeyd edib ki, bizim manat müstəqilliyimiz əks etdirən çox mühüm əlamətlərdən biridir. Sonra müəllim elektron lövhədə manatı göstərib və üzərində Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini, bu gününü və gələcəyini əks etdirən təsvirlər mövcud olduğunu da şagirdlərin diqqətinə çatdırıb.

Daha sonra müəllim tapşırıq verib və onun ətrafında müzakirələr aparılıb, ümumi nəticə çıxarılıb. Aydın olub ki, şagirdlər pul vahidləri ilə əməliyyatlar apara bilir, xidmət göstərmək qarşılığını başa düşürlər. Onlar malları maya dəyərinə görə müqayisə etməklə, “baha”, “uzuc” sözlərindən istifadə edə bilirlər.

Dərsdə iştirak edən məktəbin direktor müavini Sevil Abdurahmanova dərsin standartlara uyğun təşkil olunmasından, şagirdlərin düzgün əməkdaşlıq bacarığı və vaxtdan səmərəli şəkildə istifadə olunmasından razı qaldığını qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi