Novruz bayramı münasibəti ilə tədbir keçirilib

Martın 15-də məktəbin akt zalında Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qiyas Quliyev öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqımızın əsrlərdən bəri qoyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.

İbtidai sinif müəllimi Xeyransa Əhmədovanın təşkilatçılığı ilə hazırlanmış tədbirdə 2 "a" sinif şagirdləri çıxış edib. Milli geyimdə olan qız və oğlanlar bayram atributları ilə bəzədilmiş səhnədə Novruzun qədim tarixindən, çərşənbələr, maraqlı adət və inanclardan danışıblar. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyib, mahnı ifa ediblər. Şagirdlərin saz ifası da tamaşaçılara xoş təsir bağışlayıb.

Milli geyimdə olan qızlar haxışta söyləyib, qədim adət-ənənələrimizi əks etdirən səhnəciklər göstəriblər. Daha sonra Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl səhnəyə gələrək öz məzəli oyunlarını nümayiş etdirib, məktəb rəhbərliyi ilə yumurta da döyüşdürüblər. Kosa ilə Keçəlin duzlu-məzəli çıxışları tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb, tədbirə xoş abu-hava bəxş edib.

Tədbir şagirdlərin “Yallı” rəqsini ifa etməsi ilə yekunlaşıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi