Məktəbdə “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi təşkil olunub

Fevralın 14-də məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin həyata keçirilməsinə başlanılıb. ”Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf auditoriyası 6-7-8-ci sinif şagirdləri olub. Layihənin məqsədi milli-mənəvi dəyərlərə, xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli, düzgün inkişaf etmiş vətəndaş və əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır. Uşaqların asudə vaxtlarını faydalı araşdırmalara, dəyərlərimizi öyrənərək yaşam və davranışlarına tətbiq etməyə yönəltməkdir.

Layihə davamlı mərhələli layihədir. I mərhələ 2018-2019-cu tədris ili üçün nəzərdə tutulub. Bu layihə çərçivəsində keçirilən müsabiqədə milli dəyərlərimizə əsaslanaraq ideal kişi və ideal qadın obrazlarını əks etdirən “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları elan ediləcək. İştirakçılar hər bir nominasiya üzrə I, II, III yer olmaqla mükafatlandırılacaqlar.

Keçirilən layihədə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin nümayəndəsi İlhamə Yusifova qeyd edib ki, məktəblilərlə apardığımız iş zamanı elmin, texnikanın inkişaf etdiyi müasir dövrdə böyüyən, yeniliyə, müasirliyə can atan uşaq və yeniyetmələr əsrlər boyu qoruyub saxladığımız milli-mənəvi dəyərlərimiz uzaqlaşdıqlarını müşahidə etdik. Uşaqlar təəssüf ki, bəzən müasirliyi adət-ənənələrimizdən, milli-mənəvi dəyərlərimizdən uzaqlaşmaqda, “avropalaşmaqda” görürlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Müxtəlif maarifləndirmə işləri aparılmalıdır. Ona görə də bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Hər bir uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır.

Daha sonra məktəbin texnologiya müəllimi Pərvin Ələsgərova “Adət-ənənələr və milli dəyərlərimizi necə qorumalıyıq“ adlı məruzə ilə çıxış edib.

Sonda milli dəyərlərimizə əsaslanan ideal kişi və ideal qadın obrazlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda məktəbin direktoru Qiyas Quliyev layihənin keçirilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi