Ədəbiyyat dərsi Aşıq Ələsgərin “Dağlar” şeirinə həsr olunub

Fevralın 12-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əliyevanın rəhbərliyi ilə 8 “b” sinfində ədəbiyyat fənnindən nümunəvi dərs keçirilib. Dərs Aşıq Ələsgərin “Dağlar” şeirinə həsr olunub. Dərsin keçirilməsində məqsəd sinfin təşkilini, düzgün forma və üsulların seçilmə qaydasını yoxlamaq olub. Dərsdə dərslik, iş vərəqələri, maqnitafondan istifadə edilib.

Dərsin əvvəlində müəllim ədəbiyyatımızda saz-söz sahibi olan Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, o, aşıq şeirinin bütün janrlarına müraciət etmiş, yüzlərlə qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməz yaratmışdır. Əsərləri bütün dövrlərdə bəyənilmişdi, məclislərdə ifa olunmuşdur.

Aşıq Ələsgərin qoşma və gəraylıların maqnitafon vasitəsilə səsləndirildiyi “Bulaq” verilişi şagirdlər tərəfindən dinlənilib. Sonra müəllim şagirdlərə Aşıq Ələsgərin “Dağlar” şeirini ifa edib, təhlil aparmağı tapşırıb. Şagirdlər təqdimatları təqdim etdikdən sonra müəllimlə birlikdə müzakirələr aparıblar. Onlar “Dağlar” şeirində Aşıq Ələsgərin təbiəti necə təsvir etməsindən danışıblar.  Daha sonra ümumi nəticə çıxarılıb. Müəllim şeiri aydın nitq, intonasiya ilə söyləyən, təqdimatları düzgün şəkildə təqdim edən şagirdləri yüksək qiymətləndirib.

Dərsin sonunda yaradıcı tətbiqetmə tapşırığı verilib. Şagirdlərə “Yurdumuzun təbiəti” mövzusunda inşa yazılması tapşırılıb.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova düzgün qoyulan motivasiyadan, müəllimin nitqinin aydın olmasından, şagirdlərin əməkdaşlığından və vaxtdan səmərəli şəkildə istifadə olunmasından razı qaldığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi