Qara Qarayevin “Yeddi gözəl” baletinə həsr olunmuş nümunəvi dərs

Fevralın 7-də məktəbin musiqi müəllimi Gülnarə Ramazanovanın rəhbərliyi ilə 7 “a” sinfində nümunəvi dərs keçirilib. Dərsin mövzusu Qara Qarayevin “Yeddi gözəl” baletinin dramaturgiyası olub. Dərsin keçirilməsində məqsəd qrup işinin təşkilini, şagirdlərin müqayisə və təhliletmə, dərsi dinləmə bacarığını yoxlamaq, onlarda musiqi duyumunu, musiqi zövqünü inkişaf etdirmək olub. Dərsdə iş vərəqələri, əyani musiqi alətlərindən istifadə olunub. Fənlərarası əlaqə ədəbiyyat fənni ilə olub.

Dərsin əvvəlində Dövlət himnimiz səsləndirilib. Dərsin mövzusu haqqında danışan müəllim şagirdlərə bildirib ki, “Yeddi gözəl” baleti Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemadan birinin motivləri əsasında yazılmış və 1952-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Daha sonra müəllim baletin qısa məzmunu haqqında məlumat verib. Sonra “Yeddi gözəl” baletindən “Adajio” və “Gözəllər gözəli” musiqisini səsləndirib. Həmin baletdə konsert pyesi kimi səslənən ritmik “Vals” dövrümüzün gözəl əsərlərindən hesab olunduğunu qeyd edib.

“Skripka”, “Truba”, “Arfa”, “Kontrabas” olmaqla, 4 qrupa bölünən şagirdlər müəllimin verdiyi tapşırıqları həll etməyə başlayıblar. Şagirdlər verilən tapşırıq əsasında baletdəki yeddi gözəl obrazlarının kağız üzərində rəsmlərini də təsvir ediblər. Tapşırıqları yerinə yetirdikdən sonra qrup liderləri öz işlərini təqdim ediblər. Müəllim 4 meyar əsasında qiymətləndirmə aparıb. Digər qrupların nöqsanlarını da qeyd edib.

Dərsin sonunda şagirdlər müəllimin pianoda müşayiəti ilə “Azərbaycana gəlsin” mahnısını ifa ediblər.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova qrup işinin təşkilindən, təqdimatdan, şagirdlərin fəallığından, vaxtdan səmərəli şəkildə istifadə olunmasından razı qaldığını bildirib və bəzi iradlarını da qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi