Tarix fənnindən nümunəvi dərs keçirildi

Dekabrın 12-də məktəbin 5 "b" sinfində Sürmə Ələkbərovanın rəhbərliyi ilə tarix fənnindən nümunəvi dərs keçirildi. Dərsin dinlənilməsində məqsəd sinfin təşkili, müəllimin şagirdlərlə davranışını, nitqinin aydınlığını və qrup işinin təşkili qaydalarını yoxlamaq idi. “Ağqoyunlu dövlətinin hökmdarı” adı altında keçirilən dərsdə dərsliklər, iş vərəqələri və mövzuya uyğun şəkillərdən istifadə olundu. Şagirdlər “Babək”, “Cavanşir”, “Uzun Həsən”, “İranzu” adlı kiçik qruplara bölündülər. Verilən tapşırıqları həll etdikdən sonra qrup liderləri həmin işləri təqdim etdilər. Daha sonra şagirdlər Azərbaycanın ilk diplomat qadını Sara xatunun fəaliyyəti və Uzun Həsənin bir hökmdar və sərkərdə kimi tarixdəki rolu haqqındakı təqdimatı müzakirə etdilər. Müzakirələr zamanı şagirdlərin fəallığı yüksək idi. Dərsin sonunda müəllimin köməyi ilə ümumi nəticə çıxarıldı və qrup işləri qiymətləndirildi.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova qrup işinin təşkili ilə bağlı iradlarını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi