“Şəkərli diabet xəstəliyinin profilaktikası” mövzusunda söhbətlər aparılıb

Dekabrın 5-də məktəbin biologiya müəllimi Aybəniz Aslanovanın rəhbərliyi ilə VIII siniflərdə “Şəkərli diabet xəstəliyinin profilaktikası” mövzusunda maarifləndirici söhbətlər aparılıb. Müəllim öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün Diabet xəstəliyi üzrə Dövlət Proqramı” haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikasına böyük əhəmiyyət verilir, xəstəliyə düçar olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilir.

Aybəniz Aslanova şəkərli diabetin endokrin xəstəliklər qrupuna aid olması, xəstəliyin təbiəti, klinikası, simptomları, şəkərli diabetin tipləri, müalicəvi yolları haqqında söhbət açaraq xəstəliyə tutulma riski yüksək olan insan qrupları haqqında da şagirdləri məlumatlandırıb. Onu da qeyd edib ki, şəkər xəstəliyindən əziyyət çəkənlərin iflicolma riski, böyrək problemləri ilə yanaşı, bir çox patoloji halla üzləşmə ehtimalı digərlərinə nisbətən daha yüksəkdir. Bütün bunlara baxmayaraq, düzgün qidalanma və zamanında aparılan müalicə vasitəsilə sağlam və uzun ömür sürmək mümkündür. Şəkərli diabetin  fəsadları, ağırlaşmaları, hansı orqanları zədələdiyini bildirərək, xəstəliyin vaxtında aşkarlandığı və müalicə olunduğu təqdirdə insanın həyat tərzinə çevrildiyini nəzərə çatdırıb.

Müəllim bu kimi maaarifləndirici söhbətlərin aparılmasının mühüm əhəmiyyəti olduğunu vurğulayıb.

Sonda şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi