“Vətən yaraları” mövzusunda nümunəvi dərs keçirilib

Dekabrın 3-də məktəbin 9 “a” sinfində ədəbiyyat fənnindən nümunəvi dərs keçirilib. Ulduzə Həsənovanın rəhbərliyi ilə təşkil edilmiş dərsin mövzusu Mir Cəlal Paşayevin “Vətən yaralaları” əsəri  olub. Dərsin keçirilməsində məqsəd sinfin və qrup işinin təşkili, qiymətləndirmə qaydalarının və tədqiqat sualının məqsədəuyğunluğunun yoxlanılması olub.  Dərsdə İKT, iş vərəqləri və elektron lövhədən istifadə olunub.

Şagirdlər “Vətən”, “Azadlıq”, “Qələbə”, “Zirvə” olmaqla dörd qrupa bölünüblər. Müəllimin verdiyi tapşırıqlar əsasında işləyən qruplar öz işlərini təqdim ediblər. Təqdimatdan sonra müzakirələr aparılıb və ümumiləşdirilərək nəticə çıxarılıb. Dərsin gedişi zamanı şagirdlər düzgun əməkdaşlıq edib, müzakirələr zamanı fəallıq göstəriblər. Dərsin sonunda müəllim dörd meyar üzrə qiymətləndirmə aparıb.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova motivasiyanın düzgün qoyulması, məqsədəuyğun olması və vaxtdan səmərəli şəkildə istifadə olunmasına görə razılığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi