Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi

Noyabrın 30-da məktəbin riyaziyyat müəllimi Diləfruz  Bədəlovanın rəhbərliyi  ilə 5 “a” sinfində "Açıq dərs" keçirildi.  “Adi kəsrlərin müqayisəsi” və “Ədəd oxu” mövzusunda keçirilən dərsin məqsədi  şagirdlərin riyazi biliklərinin, hesablama, müqayisəetmə, əməkdaşlıq və vaxta qənaət etmə bacarığının üzə çıxarılması idi.

Öncə müəllim mövzu ilə bağlı sual-cavab apardı. Şagirdlər “Kəsr”, “Məxrəc”, “Sürət”, “Müqayisə”, “Ədəd oxu” qruplarına bölünmüşdülər. Müəllim mövzu üzrə tapşırıqları qruplara təqdim etdi. Qrup liderləri verilən vaxt ərzində tapşırıqları həll etdikdən sonra lövhədə təqdim etdilər. Müəllim bütün qrupların işini qiymətləndirmə meyarları üzrə qiymətləndirdi. Yüksək nəticə göstərən “Sürət” və “Ədəd oxu” qrupları  oldu.

Məktəbin direktor müavini Sevil Abdurahmanova dərsin keçirilməsi, qrup işinin təşkili, şagirdlərin vaxtdan səmərəli istifadə etməsindən razı qaldığını bildirdi, həmçinin bəzi iradlarını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi