Biologiya fənni üzrə nümunəvi dərs keçirildi

Oktyabrın 29-da məktəbin 9 ”a” sinfində biologiya müəllimi Aynur Mirzəyevanın rəhbərliyi ilə “Hüceyrə və orqnizm canlı sistemin əsasıdır” mövzusunda nümunəvi dərs keçirildi. Dərsin keçirilməsində məqsəd şagirdlərin mövzunu düzgün mənimsəmək və mövzu əsasında layihə hazırlamaq bacarığını yoxlamaq oldu. Dərsdə elektron lövhə, dərslik, iş vərəqələrindən istifadə olundu. Şagirdlər karbohidratların növləri, züllaların quruluşu, yağların istifadəsi və xassələrindən, onların canlı orqanizmin fəaliyyətində mühüm rol oynadıqlarından, insan orqanizminin quruluşundan və kimyəvi elementlərdən geniş bəhs etdilər. Təqdim olunan layihələr təhlil olunub, onların ətrafında müzakirələr aparıldı. Şagirdlər Venn diaqramı və BİBÖ cədvəlindən istifadə edərək ümumi nəticə çıxardılar. Dərsin sonunda müəllim şagirdləri meyarlara uyğun olaraq qiymətləndirdi.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova düzgün qoyulan motivasiyadan, təlim tapşırıqlarının şagirdlərin potensial imkanlarına uyğun olmasından, şagirdlərin düzgün əməkdaşlığından və vaxtdan səmərəli istifadə olunmasından razı qaldığını bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi