Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin 17 iyul 2018-ci il tarixli F-495 nömrəli əmrinə əsasən oktyabrın 26-da məktəbin akt zalında Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə məktəbin tarix müəllimi Xalidə Muradova “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Mehdi Hüseynzadə Böyük Vətən müharibəsi tarixində xüsusi xidmətləri olan azərbaycanlı qəhrəmanlardandır. Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yerə malikdir. Qələbə uğrunda canını fəda etmiş bu igid ölkəmizin müharibə şəraitində yaşadığı dövrdə hər birimiz üçün örnək olmalıdır. O, həmçinin qeyd edib ki, qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlişindən sonra Bakıda qəhrəmanın möhtəşəm abidəsi ucaldılıb.

Daha sonra X sinif şagirdləri xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından danışıblar. X sinif şagirdi Raya Həsənova Mehdi Hüseynzadənin öz yazdığı şeiri söyləyib.

Tədbirin sonunda Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo”  filmləri nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi