AXC-nin 100 illiyinə həsr olunmuş badminton üzrə yarış keçirildi

İyunun 4-də məktəbimizdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş badminton üzrə yarış keçirildi. Yarış Bakı şəhər məktəbliləri arasında təşkil olundu. Məktəbimiz tərəfindən 2 komanda iştirak etdi. Yarış boyu davam edən gərgin mübarizədə məktəbimizin I komandası I yerə, II komandası isə III yerə layiq görüldü. Qalib olan komandalarımız və şagirdlərimizin hər biri diplom, medalla təltif edildi. Məktəbimizin fiziki tərbiyə müəllimi Cavanşir Əlizadəyə də diplom təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi