"Heydər Əliyev-Əbədiyyət yolu" adlı tədbir keçirildi

Mayın 10-da məktəbimizin akt zalında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyyət yolu” adlı tədbir keçirildi. Tədbir Dövlət himninin səslənməsi ilə başlanıldı. Sonra 5a sinfinin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirdilər. Məktəbimizin tarix müəllimləri Ləzifə Qasımova “Heydər Əliyev və neft siyasəti”, Sürmə Ələkbərova ”Heydər Əliyev və hərbi vətənpərvərlik”, Xalidə Muradova isə “Heydər Əliyev və ordu quruculuğu” mövzuları ilə çıxış etdilər. Tədbirin sonunda “Əbədiyyət yolu” adlı videoçarx nümayiş olundu.

Məktəbin direktoru Qiyas Quliyev yekun sözü ilə çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmasına görə təşkilatçılara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi