İlk dərslər Şuşanın işğal gününə həsr edildi

Mayın 8-də məktəbimizdə ilk dərslər Qarabağımızın dilbər guşəsi olan Şuşanın mənfur ermənilər tərəfindən işğal olunmasının 26-cı ildönümünə həsr olundu.

Təsviri incəsənət dərsində 8a sinif şagirdləri Şuşaya həsr olunmuş rəsmlər çəkdilər, sonra şagirdlərdən ikisi lövhədə Şuşa qalasının möhtəşəm rəsmini təqdim etdilər. 7a sinfində lirika saatı keçirildi, şagirdlər tərəfindən Şuşaya həsr olunmuş şeirler və mahnılar ifa edildi. Ana dili və ədəbiyyat müəllimi Nazilə Məmmədova Şuşanın yetirdiyi ədəbiyyatımızın ədiblərindən, sənətkarlarından bəhs etdi. Şuşa şəhərində anadan olan  Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Əbdürəhim bəy Haqverdiyev və başqa görkəmli ədiblərimiz haqqında danışdı. 2b sinfində isə vətənpərvərlik mövzusunda dərs keçirildi. Sinif rəhbəri Sevda Məmmədova şagirdlərə Qarabağın işğalı haqqında məlumat verdi, onlara Vətən uğrunda canlarından keçmiş qəhrəmanlardan danışdı. Dərsin gedişində proyektor vasitəsilə Şuşaya həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi