“Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir

Bakı şəhər məktəblilərinin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsünə əsasən IX-XI sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilir. Müsabiqə üç mərhələdə keçirilir.

Aprelin 19-da müsabiqənin şərtlərinə uyğun olaraq birinci mərhələ məktəbdaxili keçirildi. Komandaların tərkibi hər sinifdən bir nəfər olmaqla IX-XI siniflər üzrə 3 nəfərdən təşkil olundu. Şagirdləri 2 akademik saat ərzində biologiya fənni üzrə 30 sualdan ibarət testi və 2 məsələni yerinə yetirdilər. Bütün komandalar verilən vaxt  ərzində fəallıq göstərdilər. Buna baxmayaraq, yalnız bir komanda növbəti mərhələdə iştirak etmək hüququnu qazandı.

İkinci mərhələ Bakı şəhərinin rayonları üzrə, üçüncü mərhələ isə Bakı şəhəri üzrə keçiriləcək. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi