Riyaziyyat fənnindən açıq dərs keçirilib

Fevralın 19-da məktəbimizin müəllimi Maral Paşayeva 5a sinfində “Perimetr” mövzusunda açıq dərs keçirib. Mövzu dairəsi geniş olan dərs olduqca maraqlı keçib. 4 qrupa bölünən şagirdlər dərslikdən və iş vərəqlərindən istifadə ediblər. Mövzunun inteqrasiyası  azərbaycan dili, azərbaycan tarixi, təsviri incəsənət fənlərinə olub. Dərsdə müəllim müzakirə, beyin həmləsi metodundan istifadə edərək şagirdlərə faktlar və mənbələrlə sərbəst işləmək, təhlil etmək, müstəqil nəticələr çıxarmaq imkanı yaradıb. Bu metod şagirdlərin gündəlik həyatda rast gəldikləri çoxbucaqlı formalı əşyaların perimetrini sərbəst hesablamaq bacarığını inkişaf etdirir.

Müəllim məsələnin həlli zamanı qarşıya çıxan 26 rəqəminin onlara bu ayda tariximizdə baş vermiş hansı hadisəni xatırlatdığını soruşub. Şagirdlər 26 fevral tarixinin Xocalı soyqırımı günü olduğunu bildirib, bu faciə haqqında danışıblar. Sonra Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Dərsin sonunda müəllim bütün komandaların fəal iştirak etdiyini deyib, ən fəal komandanı isə dərsə uyğun meyarlarla qiymətləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi