Şagirdimizin uğuru

Məktəbimizin V sinif şagirdi Aqşin Quliyev bilik səviyyəsinə görə qabaqcıl şagirdlər sırasındadır. O, müxtəlif kursların sınaq imtahanında iştirak edərək öz savadını, bacarığını yoxlayır və əldə etdiyi nəticələrə görə təhsilini daha da təkmilləşdirir.

Şagirdimiz dekabr ayında Unikal kursları tərəfindən təşkil edilmiş “Check-up” sınaq imtahanında iştirak edib. Bu imtahanda III yerə layiq görülüb və fərqləndiyi üçün sertifaktla təltif olunub. Direktorumuz bu münasibət ilə Aqşin Quliyevi təbrik edib, uğurlarının bol olmasını arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi