İnformatika fənni üzrə nümunəvi dərs keçirilib

Yanvarın 10-da məktəbimizin 5a sinfində Gülər Abduləhədovanın rəhbərliyi ilə informatika fənni üzrə açıq dərs keçirilib. “Mətn redaktoru” mövzusunda keçirilən nümunəvi dərsin dinlənilməsində məqsəd sinfin təşkili, müəllimin davranışı və şagirdlərin əməkdaşlıq bacarığının yoxlanılması olub. Şagirdlər kiçik qruplara bölünərək kompüter, proyektor və iş vərəqlərindən istifadə etməklə proqramın icrasına dair bacarıqlarını nümayiş etdiriblər. Verilən tapşırıqlar şagirdlərin potensial imkanlarına uyğun olub və onların qrupda işləmək bacarığı qiymətləndirilib. Dərsdə məktəbin direktoru Qiyas Quliyev və direktor müavini Sevil Abdurahmanova iştirak ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi