31 Mart Soyqırımına həsr olunmuş dərs keçirildi

29.03.2024-cü il tarixdə İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin 4b sinif rəhbəri Qurbanova Səadət şagirdləri ilə 31 Mart Soyqırımına həsr olunmuş dərs keçirdi.İlk olaraq Soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.Müəllim şagirdlərinə çatdırdı ki,1918-ci ilin Mart Soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil,bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq ,qoca,qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər.On minlərlə azərbaycanlı ilə yanaşı,minlərlə ləzgi,rus,avar və talış milliyyətinə mənsub insanları qılıncdan,süngüdən keçirdilər,diri-diri yandırdılar.Milli memarlıq incilərini,məktəbləri,xəstəxanaların,məscid və mədəni abidələri dağıtdılar.Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil,Şamaxı,Quba qəzalarında,Qarabağda,Zəngəzurda,Naxçıvanda,Lənkəranda,Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı,hazırladıqları şeirləri,təqdimatları dinlənildi.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi