Dəyirmi masa

28.03.2024-cü il tarixdə İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə 31 Mart Soyqırım günü ilə bağlı "Dəyirmi masa" keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və 5-8-ci sinif şagirdləri iştirak edirdilər.Təbdiri məktəbin tarixi müəllimi Xalidə Məmmədova açdı və bir dəqiqəlik sükutla soyqırım qurbanları yad edildi.Tarix müəllimləri Məmmədova Xalidə və Məmmədova Firuzə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri vəhşiliklərdən,tarixin acı həqiqətlərindən bəhs etdilər. Şagirdlərin hazırladıqları video təqdimatlar izlənildi.Soyqırıma həsr olunmuş şeirlər, vənpərvər mahnılar ifa olundu .Sonda məktəb rəhbərliyi öz fikirlərini bildirərək şagirdlərə xalqımızın başına gətirilən faciələri, belə tarixi günləri unutmamaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi