Novruz bayramı bədii ədəbiyyatda

18.03.2024-cü il tarixində məktəbimizin kitabxana müdiri Muradova Validə müəllim 6a sinif şagirdləri ilə "Dəyərlərimizi qoruyaq" devizi ilə "Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbir keçirdi. İlk öncə şagirdlər kitabxanaya papaq atdılar. Kitabxana müdiri şagirdlərin papaqlarına onların maraq dairəsinə uyğun kitablar qoydu. Şagirdlər kitab gözləmədiyi halda çox sevindilər və həmin kitabları kitabxanaya yaxınlaşıb üzv olaraq yazılıb götürdülər. Daha sonra Kitabxanaçı Novruz inanclarından söhbət etdi,adət-ənənələrimiz haqqında şagirdlərə məlumat verdi. Şagirdlər kitabxanaya aid boyanmış yumurtaları döyüşdürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi