İngilis dili aylığı çərçivəsində məktəbdə "Novruz Bayramı müxtəlif dillərdə" adlı tədbir keçirilib

İngilis dili aylığı çərçivəsində 18.03.2024-cü il tarixdə İ.Cəfərov adına 260 N-li tam orta məktəbdə "Novruz Bayramı müxtəlif dillərdə" adlı tədbir keçirilib.

Məktəbin ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Qarayeva Gülnar müəllim və məktəbin ingilis və rus dili müəllimlərinin birgə əməyi sayəsində "Novruz bayramı müxtəlif dillərdə" adlı tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru K.Quliyeva,direktor müavinləri S.Abdurrahmanova və P .Hüseynova, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Daha sonra,məktəbin şagirdləri

rus və ingilis dillərində Novruz və Bahar haqqında şeirlər səsləndirmiş, müxtəlif mahnılar oxumuşlar. Onlar həmçinin gözəl rəqslər nümayiş etdirmişlər.

Tədbirin sonunda direktor çıxış etmiş və tədbirdə əməyi keçən müəllimlərə və şagirdlərə öz təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi