" Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində sinifdaxili tədbir

18.03.2025-cü il tarixdə İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin 2a sinif rəhbəri Orduyeva Vüsalə müəllimin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz adətləri" adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,valideynlər iştirak etdilər.

Müəllim qeyd etdi ki,Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Baharın və eyni zamanda Novruz bayramının gəlişinə ən çox uşaqlar sevinir.

Uşaqlar bayramın adətlərini və şirniyyatlarını səbirsizliklə gözləyirlər. Adətləri onlar həm nənə və babalarından, həm də müəllimlərindən və dərsliklərindən öyrənirlər.

Məktəbimizin 2a sinfinin təşkilat saatı məhz Novruz bayramının tarixinə, adət və ənənələrinə həsr olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi