"Dəyərlərimizi qoruyaq" layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam edir

İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin 3b sinif rəhbəri Qəhrəmanova Zülfiyə müəllimin təşkilatçılığı ilə Novruz bayramının adət ənənələrini və milli mənəvi dəyərlərimizi şagirdlərinə aşılamaq məqsədi ilə sinifdaxili tədbir keçirib. Müəllim şagirdlərinə çatdırdı ki, mənşə etibarilə Azərbaycanın ən qədim bayramlarından biri sayılan Novruz bayramı Baharin mujdəçisi, kiçik çillənin sonu sayılan bu bayramda gecə -günduz bərabərliyi baş verir.

Novruzun daha ənənəvi və sən keçməsi ilk çərşənbədən başlayır . Təbiətin oyanmasını bizə xəbər verən torpaq oyanır.Ətrafda ağaclar çiçək açaraq insanları dostluğa,barışığa səsləyir

Novruzun simvollarından sayılan səməni yaşıllığın,və təbiətin oyanışının simvollarından biri sayılır.Xonçalarda düzülən şirin nemətlər süfrələrin bərəkətini,süfrə başında bayramı qeyd edən ailələrin birliyindən xəbər verir Tədbirdə məktəbin direktoru K.Quliyeva çıxış edərək bayram münasibəti ilə şagirdləri və tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən valideynəri ,müəllimləri təbrik etdi.Şagirdlərin bir -birindən maraqlı çıxışlari ilə tədbir davam etdi.Sagirdlər Novruz adətləri ilə zəngin haxişta,yallı gedib, rəqs, tamaşa və şerlərlə tədbirə rəngarənglik qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi