“Yurdumuza bahar gəlir” adlı təşkilat saatı

Xətai rayonu, İlqar Cəfərov adına 260 saylı tam orta məktəbin 4b sinifrəhbəri Qurbanova Səadət müəllimin təşkilatçılığı ilə

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2-ci bölməsinin 2.1 bəndinə uyğun olaraq Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı təşkilat saatı keçirilmişdir. Tədbirdə məktəbin 4b sinif şagirdləri, valideynləri və məktəb rəhbərliyi iştirak etmişlər.

Məktəb rəhbərliyi hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik etmiş, Novruzun tarixi və ənənələrindən danışmışdır.

Tədbirdə uşaqların ifasında şeirlər, mahnılar səslənmiş, rəqslər ifa olunmuşdur. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirmişdir.

Məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi