Şagirdimizin uğuru

10.03.2024 tarixində AMO Beynəlxalq Olimpiadada iştirak edib uğur qazanan şagirdlər təltif olunub.Bu şagirdlərin arasında məktəbimizin 8c sinif şagirdi qızıl medal qazanan Abdullazadə Nihadın uğurlarına nəzər salaq Nihad savadı, tərbiyəsi, mədəniyyəti ilə məktəb kollektivinin hörmətini qazanmış bir şagirddir.Olduqca məsuliyyətilidir, dərslərinə hazırlaşmaqda ,verilən tapşırıqlarda daim səylə çalışır,həmçinin sinif yoldaşlarına da yaxından kömək edir.Nihad məktəb,rayon, şəhər ,respublika səviyyəsində keçirilən müsabiqələrə, bilik yarışlarına həvəslə qatılır .Qazandıgı ugurlarla məktəbmizin şərəfini ucaldır. "BREYN RİNQ" intellektual bilik yarışında, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində,Sinqapurda keçirilən SASMO Olimpiadasında,SİMOC müsabiqəsində,Lütfi Zadə Məntiq Olimpiadasında iştirak etmiş və hamısında qalib gələrək mükafatlandırılmışdır.Ugurları ilə sinif yoldaşlarına,müəllimlərinə,məktəb rəhbərliyinə fərəh hissi yaşadıb.Sözsüz bu qələbələrində böyük əməyi olan müəllimlərinə və belə övlad yetişdirdiklərinə görə valideynlərinə minnətdarıq. Məktəb kollektivi olaraq Nihaddan davamlı olaraq yeni - yeni ugurlar gözləyirik!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi