"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində açıq dərs

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində açıq dərs keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.02.2024-cü il tarixli 3-29-59/3-2-103F/2024 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 2.1 bəndinə uyğun olaraq12. 03. 2024-cü il tarixində məktəbimizin 1a sinf rəhbəri Mikayılova Gülbəiz müəllim tərəfindn ,,Novruz bayramı ‘’ mövzusunda açıq dərs təşkil olundu. Açıq dərsdə məktəb rəhbərliyi iştirak etdi.Dərsin məqsədi milli- mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürmək idi. Məqsədə uyğun olaraq Gülbəniz müəllim şagirdlərə tapşırıqlar verdi. ,,Səməni’’, ,, Su çərşənbəsi’’ , ,, Od çərşənbəsi’’, ,,Yel çərşənbəsi’’ , ,,Torpaq çərşənbəsi’’ nə bölünmüş qruplar tapşırıqları çox həvəslə yerinə yetirirdilər. Birincilərin Novruz bayramı haqqında söylədikləri məlumatlar, təqdimatlar bir-birindən maraqlı idi. Körpələrin bu qədər məlumatlı olmaları bizi çox məmnun etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi