ŞƏHİD ORUCOV SƏBUHİ VAHİD OĞLUNUN MƏZARI ZİYARƏT OLUNUB

Bakı şəhər Xətai rayon İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə hər sinif bir şəhidin adını daşıyır.Məqsəd şagirdlərə vətən uğrunda canlarını fəda edən igid oğularımızı tanıtmaq onları unutmamaq unutdurmamaqdır.Bu siniflərdən biridə məktəbin 2b sinfi II Qarabağ müharibəsi şəhidi Orucov Səbuhi Vahid oğlunun adını daşıyır.Səbuhi Orucov 20 yanvar 1993-cü ildə Bakı şəhər Bülbülə qəsəbəsində anadan olub. 20.01.2024-cü il tarixdə 260 nömrəli məktəbin 2b sinif rəhbəri Tünzalə Məmmədovanın və məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlərin Şəhidin Bülbürə qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət təşkil olundu .Ziyarətdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Pərvanə Hüseynovada iştirak etdi.Şəhidin məzarına məktəb adından əklil qoyuldu,şagirdlərin hazırladıqları şeirlər səsləndirildi,kompazisiya nümayiş olundu.Səbuhi Orucovun anası Narınc Orucova ilə görüşdülər. Narınc Orucova oğlunun vətənə, torpağa olan sevgisindən, onunla bağlı xatirələrindən danışdı.

Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səbuhi Orucov oktyabrın 26-da Laçın döyüşüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Orucov ölümündən sonra "Vətən uğrunda" medalı,3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,"Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə"medalı,"Qubadlının azad olunmasına görə" medalı,"Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

CƏNNƏTDƏKİ DOĞUM GÜNÜN MÜBARƏK ŞƏHİDİM!

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi