20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir

Bakı Şəhər Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tədbirlər Planına əsasən məktəbdə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən 19.01.2024-cü il tarixdə məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Pərvanə Hüseynovanın təşkilatçılığı ilə məktəbin akt zalında "İstiqlala gedən yol" adlı tədbir təşkil olunmuşdur.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbir boyunca Qanlı Yanvar hadisələrindən bəhs edən slaydlar,videolar nümayiş olunub,şagirdlər tərəfindən hüzn günü ilə bağlı şeirlər, musiqilər, kompozisiyalar nümayiş etdirilib.Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Quliyeva 20Yanvar faciəsinin tarixi siyasi səbəblərindən danışdı.20 Yanvar hadisələri zamani şəhid olmuş soydaşlarımızin daim qəlbimizdə qalacağı haqqında geniş məruzə etdi.O həmin günləri xatırlayaraq milli mübarizə əzmi ilə qəlbi döyünən xalqın azadlıq yolunda öz canından keçməsini şagirdlərə geniş şəkildə məlumat verdi.Həmin günü biz gələcək nəsillerə mübarizlik rəmzi kimi çatdırmaliyiq deyə -vurguladi.Tedbiri tədris işləri üzrə direktor müavini A.Sevil müəllim öz sözleri ile davam etdirdi.Sagirdlərə həmin dövrdə xalqın xilaskarı H.Əliyevin rolunu və bu hadisələrə siyasi qiymət verilməsində onun siyasətini geniş şəkildə rolu olduğunu vurğuladi.

Daha sonra tedbiri təşkilatci müavin H.Pərvanə müəllim öz fikirləri ilə davam etdirdi. Xalqın azadlıq arzusunun həmin günlərdə qirilmadigini və mübarizlik və əzmkarlıq göstərərək bir olan xalqın azadlıq ideyaları ətrafında bir olmağı bizə əcdadlarimizdan qalan miras olduğunu Pərvanə müəllim öz cixişinda qeyd etdi.Tedbirdə tarix müəllimi V.Şəhla çıxış edərək şəhid olanlar sırasında azyaşlı şagirdlərinin də olduğunu və həmin gecə rus tankları Bakıya daxil olaraq qoca , cavan,demədən əliyalın dinc əhaliyə silah uzadaraq onları ölumlə sınağa çəkdilər.Həmin gün vəfat edən şagirdlərin arzuları var idi.Ancaq vətən yolunda canından keçdilər.Və biz gələcək nəsil olaraq həmin hadisələri unutmamalıyıq və onlarin əbədi xatirəsini yaşatmaliyiq.Allah şəhidlərimizə rəhmət eləsin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi