Füzuli şəhəri günü

2023/2024-cü tədris ilində ümumi təhsilin fəaliyyəti istiqamətləri barədə Azərbaycan Respublikasının Prezidentinin 2023-ci il 31 iyul Sərəncamına əsasən "17 oktyabr-Füzuli şəhər günü" nün təntənəli şəkildə qeyd olunması təsis edilib.Bu məqsədlə 17.10.2023-cü il tarixdə İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin 9c sinif rəhbəri Mirzəyeva Aynur müəllim, şagirdləri ilə keçirdiyi təşkilat saatını Füzuli şəhərinin azad olunmasının üçüncü ildönümünə həsr etdi.Tədbirdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı P.Hüseynova iştirak etdi.Şagirdlər hazırladıqları təqdimatları,qələbəmizə həsr olunmuş şeirləri, divar qəzetini nümayiş etdirdilər. Şagirdlərə Ali Baş komandan İlham Əliyevin uzaqgörən siyasəti, Müzəffər Ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına geri qaytarılmış torpaqlarımız sırasında Füzuli şəhərinin də böyük stateji əhəmiyyət kəsb etdiyi vurğulandı. Sonda "Qarabağ Azərbaycandır" şüarı səsləndirildi.