Nümunəvi dərs

       Bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin , ümumiyyətlə , irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olan İmadəddin Nəsimi yaradıcılığı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Novruzovanın VIII "ı " sinfində keçirdiyi nümunəvi dərsdə bir daha öz əksini tapmışdır.
Mövzusu İ.Nəsiminin " Ağrımaz " qəzəli olan bu dərsdə müəllim yeni təlim metod və üsullarından yüksək səviyyədə istifadə edərək əsərin məzmununun şagirdlər tərəfindən mənimsədilməsinə nail olmuşdur.
     Şagirdlərin təqdimatları müzakirə edilmiş, sonda təqiblərə, əzablara , ağır işgəncələrə məruz qalan Nəsimini heç bir qüvvə doğru,ədalətli hesab etdiyi yoldan döndərə bilməz fikri nəticə olaraq qeyd edilmişdir.
     Dərsdə iştirak edən məktəbin direktoru Yaqut Məmmədova , təlim-tərbiyə işləri üzrə direktor müavinləri və digər fənn müəllimləri bu dərsi öz keyfiyyət zənginliyi ilə yüksək qiymətləndirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi