" Bayraq - kimliyimdir, kimliyim - birliyimdir "

        Bu gün 2 "a" sinfində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş dərs keçirilmişdir. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva və Leyla Əliyeva, Məktəblinin Dostu Səid Məmmədov iştirak etmişdir. Dərs - Azərbaycan Respublikasının Dövlət Himni və Bayrağa Sədaqət andı ilə başlanmışdır.
   Bayraq haqqında təqdimatlar və şeirlər dərsin mövzusunu daha da rəngarəng etmişdir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir nəticəsi reallaşmışdır. Bayraq - kimliyimdir, kimliyim - birliyimdir devizi altında and içmə baş vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi