" Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi "

      Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi , görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsimi nin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili" elan edilmişdir.
    Bu gün məktəbimizdə Azərbaycan söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq , yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə maragını artırmaq məqsədilə " Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" müsabiqəsinin I mərhələsi keçirilmişdir.
Müsabiqədə məktəbin IX-XI sinif şagirdləri iştirak edərək 10 dəqiqə müddətində Nəsimi poetik yaradıcılığının xüsusiyyətlərini ehtiva edən tədqiqat mövzularını təqdim etmiş və məktəbin X sinif şagirdi Rəşad Əliyev qalib elan olunaraq müsabiqənin rayon turunda iştirak etmək hüququ əldə etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi