Balaca fidanlarımızın məktəbə ilk qədəmləri

     Ilk dərs günü, məktəbimizin gülü-çiçəyi körpələrimiz, məktəbimizə ilk qədəmləriniz mübarək !

   Bu gün respublikanın bir çox ümumi təhsil müəssisələrində olduğu kimi bizim məktəbimizdə də məktəbəhazırlıq qruplarının dərsləri başlamışdır.
  Tədbirdə məktəb rəhbərliyi,müəllimlər, valideynlər və uşaqlar iştirak etmişdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra məktəbin direktoru Yaqut Məmmədova məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən, məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət etməsini,həmçinin, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsədin 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin edilməsindən bəhs etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi