Narkomaniya ümumbəşəri bəladır

          Bu gün   məktəbimizdə  şagird və müəllim kollektivinin iştirakı ilə “ Narkomaniya ümumbəşəri bəladır ”, “Yol hərəkəti qaydalarına riayət edək”, “İnternetdən təhlükəsiz istifadə”, “Zərərli vərdişlərdən uzaq olaq” mövzularında tədbir keçirilmişdir. Tədbirdə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin rəisi, polis mayoru cənab Məşhur Hüseynov,  məktəbin direktoru  Yaqut Məmmədova, Xəzər RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Samir Ağayev, inspektoru polis baş leytenantı Xəyalə Həsənova, inspektoru polis leytenantı Aysel Abdullazadə iştirak etmişdilər. Tədbir boyu şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq, yol hərəkəti qaydalarına riayət etmək, internetdən təhlükəsiz qaydada istifadə etməyin vacibliyi aşılanmışdır. Mövzuya uyğun təqdimat və qısa videoçarx nümayiş olunmuşdur. Tədbirin əsas fərqləndirici cəhəti interaktivliyi olmuşdur. Belə ki, tədbir boyu polis əməkdaşları  şagirdlərə onları maraqlandıran məqamlarla bağlı sualların cavablarını vermişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi