Kitab sərgisi

     Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur.
Sərgi-yarmarka zamanı yerli və xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləmişdilər.
   Məktəbimizin müəllim və şagird heyəti sərgidə iştirak etmiş, eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamları ilə ünsiyyətdə olmuş, çoxsaylı kitab təqdimatlarında iştirak etmişdilər.
   Sərginin təşkil olunmasında məqsəd mütaliəyə marağın artırılması, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi