Unudulmaz gün!

Martın 31-i Azərbaycan tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və kədərin əzəməti ilə unudulmaz.31 Mart bu günlərdəndir.Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Bu gün məktəbimizin tarix müəllimi D.Gülyaz VII-XI sinif şagirdləri arasında tədbir keçirtdi.Tədbir iki hissədən ibarət idi: Rəsmi hissə,bədii hissə.Rəsmi hissədən ibarət olan tədbirdə tarixi faktlardan söhbət açıldı.Şagirdlərin hazırladığı slaydlar nümayiş etdirildi.Məktəbimizin tarix müəllimi Ə.Elçin bu tarixi faciə haqqında geniş məlumat verdi. Bədii hissədə isə Q.Almaz,S.Dilguşə,R.Bənövşə-məktəbimizin ədəbiyyat müəllimləri rəhbərlik edirdilər. V-VIII sinif şagirdləri bu faciəyə həsr olunmuş şeirlər,mahnılar səsləndirdilər..Şagirdlər çəkdiyi rəsm əsərlərini təqdim etdilər. Tədbirin sonunda məktəbin rəhbərləri çıxış etdilər.Məktəbin direktoru N.Səmədov öz nitqində amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək -azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtaran ermənilər haqqında danışdı.